Əsas Səhifə / Gündəm / Siyasət

Azərbaycan həbsxanalarında şərlənərək həbs olunan dindar Siyasi Dustaqların həbsdə saxlanılmasında İqtidar qədər İran da günahkardır

29-01-2021, 08:18
 
Azərbaycan həbsxanalarında  şərlənərək həbs olunan dindar Siyasi Dustaqların  həbsdə saxlanılmasında  İqtidar qədər İran da günahkardır.

Polad Aslanov 10fevral 2018-cu ildə İran Səfirliyinin Mətbuat Xidməti tərəfindən İran İslam İnqilabının 39-cu il dönümü münasibətilə İranın Tehran şəhərində keçirilən Beynəlxalq tədbirə dəvət almışdı.

Əvvəlcə Mətbuat Ximətindən  Polad Aslanovu və eləcə də digər qonaqları təyyarə ilə aparacaqlarını bildirmişdilər. Sonra nə baş verdisə, Polad Aslanova "Astaraya qədər gedin,sərhəddi keçəndə sizi qarşılayacaqlar" deyə bildirdilər
Bakıdan tədbirə dəvət alan Jurnalist Kenan Rovshanoglu ilə Polad Aslanov birlikdə tədbirə yola düşdülər.
Sərhəddi keçən zaman onları qarşılayan da olmamışdı.Sonra Kənan Rövşənoğlu bir neçə dəfə Səfirliklə əlaqə saxlayandan sonra onları qarşılamağa nümayəndə gəlir və  oteldə yer verirlər.
İran Səfirliyi tərəfindən hər birinə  100manat yolpulu verilmişdi.

Onu da qeyd edim ki,tədbirə getməzdən təxminən 1ay əvvəl  Nərimanov rayon idarəsi Polad Aslanovu əsgərliyə göndərməklə get-gələ salmışdı.Polad Aslanov isə hərbi Xidmətə yararsız olduğunu təsdiq edən hərbi biletini və  müayinə sənədlərini təqdim etmişdi.
Hətta Jurnalist Ikram Rahimov da komisarlığa zəng edib  Polad Aslanovun ürək xəstəsi olduğu üçün  hərbi xidmətə aparılmaması ilə bağlı xahiş də etmişdir.
Polad Aslanov İrana tədbirə dəvət aldıqdan sonra hərbi xidmətə çağırış söhbəti,get-gələ salmaqları dayandı.
Polad Aslanov və mən də elə düşündük ki,İkram Rəhimovun xahişini nəzərə alıblar.
Nəhayət zaman yetişdi 10fevral 2018-cu ildə Polad Aslanov 5günlük İranda Beynəlxalq tədbirə yola düşdü.
Onu da diqqətinizə çatdırım ki,tədbirə Bakıdan Milli Məclisin üzvləri,İslam Partiyasının Nümayəndələri, Mətbuat Nümayəndələri,bir çox  partiya rəhbərləri və üzvləri dəvət almışdı.
15fevral 2018-cu ildə Polad Aslanov Bakıya döndü və 19aprel 2018-cu ildə Nərimanov rayon idarəsinin rəisi Qəşəm Mahmudov (məhkəmədə gəlmədi)
Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Mədət Quliyevin sifarişini icra edərək Polad Aslanovun yaşadığı və ya qeydiyyat olduğu ünvana  hərbi xidmətə aparılması ilə bağlı heç bir çağrış göndərmədən Naxçıvana "sürgün"ə göndərdi.

Polad Aslanov 1illik hərbi xidmətini bitirdikdən (04.04.2019)2ay 8gün sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şərlənərək "İran agent"i adı ilə həbs olundu.
Dövlət Təhlükəsizlik Xidməti iddia edir ki,Polad Aslanov İsrayıl oğlu İranda tədbirdə olarkən İranın Mühafizəçilər Korpusu "Sepah"ın Hadi adlı əməkdaşı tərəfindən maddi-maraq qarşılığında  əməkdaşlığa cəlb olunub və İranın siafirişi ilə Dövlət Təhlükəsizlik Xidməti əleyhinə yazılar yazıb,qəzet və jurnallar dərc edib,müxtəlif dillərdə saytlar açıb, dövlətin ərazi bütövlüyünə,süverenliyinə ,zərbə vurub,Milli məclisin üzvləri ilə bağlı məlumatlar toplayıb və.s İrana ötürüb.
Güya Polad Aslanovu və Kənan Rövşənoğlunu qarşılayan şəxslər Sepahın əməkdaşı olub.Polad Aslanovla çox yaxın kimi söhbət edirmişlər.
Amma məhkəmədə ifadə verən jurnalist Kənan Rövşənoğlu onların Polad Aslanovu  tanımadıqlarını ,əslində yazılarına görə onu daha yaxından tanıdıqlarını bildirdi.

Ümumilikdə 8ay İstintaq müddəti seçildi.3fevral 2019-cu ildə məhkəmə prosesi başladı.Dövlət təhlükəsizliyi Xidməti bir dənə olsun məhkəməyə fakt təqdim edə bilmədi.

Polad Aslanov və eləcə də bir çox dindar Siyasi Dustaqlarımız İranın əmirlərini,istəklərini icra etməkdə  ittiham olunaraq haqsız yerə həbs həyatı yaşayır.
Dindar dustaqların məhkəmə prosesində Qərb səfirliklərinin nümayəndələri iştirak etdiyi halda ,İran Azərbaycanda işgəncə görən müsəlmanların ağır maddələrlə ittiham olunduğuna susqunluqla göz yumur.Sanki həbsdə ömürləri çürüyən müsəlmanlar deyil.
Beynəlxalq təşkilatlar dindar Siyasi dustaqların azadlığa çıxması ilə bağlı Azərbaycan hökumətinə çağırışlar etdiyi halda,İran "tutmusunuz,əcəb etmisiniz"deyir iqtidara.

Polad Aslanov 19aydır İrana casusluqda ittiham olunur və 16il azadlıqdan məhrum edilib.
Riyakar İran dövləti isə bu haqsızlığa susmaqla Azərbaycan hökumətinə haqq qazandırır,
Polad Aslanovun İrana işləməyi ilə bağlı nə təsdiq,nə də təkzib verir.

Yazdıqlarımı oxuyan hər bir kəs diqqət edərsə, Polad Aslanovun  həbsində İranın Azərbaycan  höküməti ilə necə əlbir olmasını  çox yaxşı anlayar.

1)Əvvəl hərbi xidmətə çağırılır.
2)İran Səfirliyində dəvət alır və hərbi xidmət planı müvəqqəti təxirə salınır.
3)Tədbirə dəvət alan heyyətlə aparılmalı olduğu halda,müəmmalı olaraq  qərarı dəyişirlər.
3)15.02.2018-cu ildə tədbirdən qayıdır. 4)19.04.2018-cu ildə hərbi xidmətə aparılır.
5) Hərbi xidmətdən 2ay 8gün sonra "İran casus"u kimi həbs olunur və İran buna susur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]