Xəbərlər / Siyasət

Müvəkkili həbsdə olan vəkilinə dəstək məktubu göndərdi

21-09-2022, 23:03
  
Mən həbs olunanda dəfələrlə vəkilim Elchin Sadigov a müdafiəmdən çəkilməsi üçün DTX-inin şöbə rəisi Emizar Qocayev və müstəntiq Cavid Quluzadə tərəfindən  təhdid olundu,2dəfə fərdi vəkillik fəaliyyətinin ləğv olunmasi ilə bağlı Vəkillər kollegiyasına şikayət etdilər.Bütün təzyiqlərə,təhdidlərə baxmayaraq dəyərli vəkilim Elçin Sadıqov bir an belə mənim müdafiəmdən çəkilmədi.
Elçin Sadıqov bu ölkədə vəkillik fəaliyyətini vicdanla yerinə yetirən savadlı,mərd vəkil,eyni zamanda mənə dost, qardaş olub.Ən ağır günlərimdə mənim və ailəmin yanında olub.
Çox təəssüflə qeyd edirəm ki,bu gün mən onun və ailəsinin yanında ola bilmirəm.Onun müdafiəsində(əslində onun müdafiə olunmağa ehtiyacı yoxdur) iştirak edə bilmirəm.

Elçin Sadıqovun həbsi ölkəmiz, xalqımız üçün böyük zərbədir.Elcin Sadıqov bu ölkədə şərlənərək həbs olunan bütün vətəndaşların,siyasi məhbusların danışan dili,ümid yeri idi.Azərbaycan hakimiyyəti uzun müddət idi ki,Elçin Sadıqovu sıradan çıxartmaq, zərərsizləşdirmək üçün plan qururdu .
Nəhayət ki,gecə yarısı məkirli planlarını həyata keçirtdilər.
Bütün Siyasi Məhbus ailələri, xalqımın vicdanlı nümayəndələri Elçin Sadıqovun həbsinə etiraz etməli,onun,ailəsi  Zibeyde Zekeriyyeyeva nın yanında olmalıdır.
Gün gələcək gecə yarısı Elçin Sadıqovu mühakimə edənlərin Elçin Sadıqovun müdafiəsinə ehtiyaci olacaq və mən buna əminəm.
Jurnalist,Siyasi Məhbus Polad Aslanov
11.09.2022-ci il  1saylı Cəzaçəkmə Müəssisəsindən.

Administratorla əlaqə

077 611-55-22

[email protected]