Əsas Səhifə / Gündəm / Media

Siyasi Məhbus Polad Aslanovun məhkəmədə son sözü

23-11-2020, 18:31
 
Polad Aslanov -heç olmasa indi mənə mikrafon verin.
-Hakim Faiq Qəniyev-mikrafon xarabdı.Danış,səni biz eşidirik.

Çıxışıma Quran'i Kərimin Ənkəbut surəsinin 69-cu ayəsi ilə başlamaq istəyirəm.
Ayədə deyilir:"Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö´minlərin tərəfində durar!)"
Bu 44gündə Azərbaycan Əsgəri,Ordusu erməni və ona  dəstək olan,silah verən rus və Suriya PPK  terrorçularına qarşı Vətən uğrunda cihadda qələbə qazandı.
Mən bu qələbəni nisbi qələbə kimi qiymətləndirirəm.Ona görə ki,birinci Qarabağ döyüşlərində rus qoşunları sülhməramlı kimi girib Xocalıda və  digər bölgələrimizdə ermənilərlə birləşib Azərbaycan xalqına qarşı terror edib, dədə-baba yurdlarından didərgin saldılar.Çox üzülərək və təəssüf hissi ilə qeyd etdirəm ki,Rusiya yenə də keçmişinə sadiq qaldı.Hazırda rus ordusunun sülhməramlı adı ilə altında mənim torpağımda -Xocalıda, Xankəndində,Ağdərədə olduğu müddətdə mən bu qələbəyə tam qələbə deyə bilmirəm, təəssüf ki.
Vətən müharibəsində İgidlik göstərərək Allah qatında ən ali dərəcə olan şəhidlik məqamına ucalan Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,yaralılarımıza şəfa diləyir,Ordumuzu,Əsgərlərimizi,Xalqımızı təbrik edirəm.
Vətən müharibəsində cihadımızın qələbəsi silahla yox,imanla oldu.Bu səbəbdən igid,imanlı əsgərimizin 15nəfərini görən mənfur düşmən silah-sürsatını,tankını,maşının..qoyub sayı 150-200olmasına baxmayaraq qaçırdı.Bir  gündə  71 kəndi və 8 yüksəkliyi alan,qədəm qoyduğu torpaqda Azan verib, namaz qılan  İmanlı əsgərimizin Kərbəladan-İmam Hüseyn əleyhissəlam məktəbindən  dərs alması bu qələbənin zəmanətidir.

Bu gün  gənclərimizin milli mənəvi dəyərlərinə xor baxanlar,biz gənclərə şər atıb həbs edənlər ,məxsus da Aprel döyüşlərində qəhrəmanlıq göstərən zabit,gizir, MAXE ləri şərləyib həbs edib,işgəncə verib öldürənlər,sonra bəzilərinə bəraət (sanki insan yox-bir qarışqa(üzür istəyirəm mərhumlardan))verən məmurların, məxsus da Rüstəm Usubovun,Mədət Quliyevin,Qəşəm Mahmudovun cavab verməsi anı yetişib.

Hərbi xidmətə yararsız olduğuma baxmayaraq Mədət Quliyevin sifarişini icra edən 19.04.2018-cu ildə məni hərbi xidmətə göndərən Nərimanov rayon komisarı Qəşəm Mahmudov başda olmaqla korrupsiyaya, rüşvət, monopoliyaya bulaşmış bütün məmurların barəsində cinayət maddəsinin ən ağır maddələri ilə cinayət işi açılmalı,onlar qanun qarşısında cavab verməlidirlər.
Azərbaycan Xalqına etdikləri zülmə görə.

22oktaybrda Rüstəm Usubovun adamı olaraq siz Eldar Həmzəyev mənə 17il iş istədiniz.Hansı faktlara əsaslanaraq mənə bu qədər iş istədiniz?
17aydı niyə təqdim edə bilmirsiniz həmin faktları?
Həyatda heç vaxt görmədiyim,mənə Poladov Aslan deyə müraciət edən  Elşad Baratın ifadəsindəmi fakt vardı,yoxsa Səxavət İsmayıllı fakt təqdim edə bildi,bəlkə Dəyanət Babayev fakt təqdim etdi,bəlkə məndən yazıları sildirmək müqabilində mənə pul təklif etdiyini məhkəmədə etiraf edən Mirkənan Seyidov sizə fakt təqdim edə bildi?
Deyin,təqdim edin,mənim Cinayətimi mənə sübut edin.
İstintaqda ifadəsi alınan bütün şahidlərin evinə quldur kimi girib axtarış ediblər.
Yaşlı,qoca demədən evinə soxulan DTX-əməldaşları bütün şahidlərə yalan ifadəyə imza atdırıblar,istintaqı saxdalaşdırıblar.
Jurnalist və mənimlə birlikdə İranda tədbirdə olan Kənan Rövşənoğlu və Mirələm Həşimovun ifadəsinin təhrif olunduğunun  şahidi olduq.
Mənim və ailəmin adına olan mülkləri araşdırmısınız.Nə tapmısınız?
Telefonum hələ də sizdədir,yazı yazarkən yararsız olan  (A) yerinə (Ce) yazan kompyuterimdən nə tapdınız?
Mən Dövlət sirrini hansı yolla əldə etmişəm,hansı yolla ötürmüşəm,kimlərdən almışam mənə təqdim edin,sübut -fakt tələb edirəm.
Eldar Həmzəyev 22oktaybarda Dövlət Təhlükəsizlik Xidmətinin tərtib etdiyi ittiham aktını üzündən oxuyub mənə 17il iş istədiniz.
Həmin ittiham aktında oxudunuz ki,mən 2019-cu ilin yanvar ayında İranda görüşlər keçirmişəm.
Nəzərinizə çatdırım ki,həmin vaxt DTX-i məni Naxçıvana "sürgün"ə göndərmişdi.
 Mən 2018-cu ilin aprelin 19-dan, 2019-cu ilin aprel ayının 4-nə qədər Naxçıvanda hərbi xidmətdə olmuşam.Hərbi biletim isə 1il idi ki, Dövlət Təhlükəsizlik Xidmətində idi.Bu qədər də ağ yalan olmaz axı.
Mənim İrandan gəldikdən sonra yəni- 15fevral  2018-cu ildən həbs olunan müddətə qədər 12iyun.2019-cu ilə qədər Dövlət,Vətən,Xalq,deputatlar əleyhinə bircə yazımı təqdim edin mənə və xalqa.
Yoxdur,ola da bilməz.
Mən Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının sərhəddə korrupsiyaya və rüşvət əməlləri  ilə bağlı yazılar yazmışam və həmin yazıları isə İrana getməzdən əvvəl yazmışam.
Prokuror iddia edir ki, Dövlət Təhlükəsizlik Xidməti Kərbəla və Məşhəd ziyarətinə gedən zəvvarlara nəzarət edirdi,orada xarici xüsusi xidmət orqanların azərbaycanlıları incitməsinin qarşısını alırdı.Bu iddianız Ağ yalandır.
Dövlət Təhlükəsizlik Xidməti necə nəzarət edirdi ki,milliyəti erməni olan  "İraq"gömrüyünün rəisi,"Sələmçi"gömrüyünün rəisi günlərlə Azərbaycan,Türk, Pakistan vətəndaşlarına əziyyət edir onları sərhəddə saxlayırdı.Əlavə rüşvət tələb edirdi.Bu haqda mənim yazılarım da var.
İnsanları burdan aparıb günlərlə yaşlı,qoca,uşaq demədən oteldə əziyyət edən,otel pulu ödəməyən,yarı yolda qoyanları da  ifşa edirdim yazılarımda.
 Onu da qeyd edim ki,həmin avtobuslarda mənim vətənimə narkotik maddələr də keçirilirdi.Məhbus yoldaşlarımdan biri özünün həmin avtobuslarda  narkotik keçirdiyini etiraf edib.DTX-i necə nəzarət edirdi?Bu cür?

Bütün şirkət rəhbərləri də bilir ki,sərhəddə bu rüşvəti vermədən zəvvar aparmaq olmurdu.
Bu yazılardan sonra rüşvət alınmadı və ziyarətin qiymətində fərq oldu.

Mən günahkar idimsə nədən mənə təzyiq edirdiniz ki,Vəkil Elchin Sadigovdan imtina edim,mənə ,ailəmə,vəkillərimə təzyiq edirdiniz və hələ də davam edir bu təzyiqlər.
 Onu da qeyd edim ki,proses boyu nə mən özümü ,nə də vəkillərim məni müdafiə etdi.Səbəb bəllidir.Çünki mənim müdafiəyə ehtiyacım yox idi."Görünən dağa nə bələdçi".
Sonda çıxışımı Qurani Kərimin Zəlzələ surəsinin 7-8-ci ayəsi ilə bitmək istəyirəm.
Kim dünyada zərrə qədər yaxşı iş görmüşdürsə onun xeyrini (mükafatını)görəcəkdir.Kim də zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir).Bu Allahın sözdür.Bu gün verəcəyiniz qərarı mənə yox,özünüzə verəcəksiniz.
Təzyiqlərə və etdiyiniz əziyyətlər görə  məndən,ailəmdən,Vəkillərimdən üzür istəyib və mənə bəraət verilməsini sizdən tələb edirəm.
16.11.2020.

Bakı Ağır Cinayətlər məhkəməsi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]