Dünya

Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto

12-05-2016, 22:48
Ahlibeyt.ge APA-ya istinadən xəbər verir ki, Marneulidə səfərdə olan Ayətullah Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani nümayəndə heyəti Marneuli rayon icra başçısı Merab Topçişvili, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və digərlər arasında görüş keçirilib.

Ayətullah Seyyid Cavad Şəhristani M. Topçişviliyə Quran kitabı hədiyyə edib. Marneuli icra başçısı isə qonağa Şota Rustavelinin gürcü və Azərbaycan dillərində nəşr olunan "Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edib.

Sonra Marneulidə Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə inşa olunan yeni məscidin açılışı olub. Tədbirdə Gürcüstan, İraq və İranın din xadimləri, habelə İranın Gürcüstandakı səfiri Abbas Talebifar, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Dursun Həsənov və Kvemo Kartli bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər. Qonaqlar məsciddə namaz qılıblar.

Tədbirin sonunda ehsan verilib.

Həmin gün məscidin yanında Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə yeni tikilən və müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı olub.

Qeyd edək ki, bir neçə gündü Ayətullah Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani 14 nəfərlik nümayəndə heyəti ilə birgə Gürcüstanda səfərdədir. 

Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto
Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto
Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto Ayətullah Sistaninin nümayəndəsi Marneuliyə səfər etdi - Foto

Administratorla əlaqə

077 611-55-22

[email protected]