Xəbərlər / Gündəm

Hüquq müdafiəçisi Baş Prokurorluğa çağrılıb

13-05-2019, 18:16
Mayın 13-də hüquq müdafiəçisi Oktay Gülalıyev Baş Prokurorluğa çağrılıb. Bu barədə özünün “Facebook” hesabında məlumat yayıb.
“Bizi susdurmaq istəyirlər. İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq. Dinc, günahslz insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Haqqı-hüququ tapdanan insanları müdafiə etməyək.” – deyə hüquq müdafiəçisi yazıb.
Oqtay Gülalıyevin sözlərinə görə, neçə vaxtdır ki, müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən ona xəbər göndərilir, təzyiq edirlər ki sussun.
“Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə dəhşətə gəlirəm və susmaq fikrində deyiləm. Sonu nə olursa olsun. Daxili İşlər Nazirliyinin ardınca bu gün saat 17.00-da Respublika Baş Prokurorluğuna çağrılmışam. Deyəsən bu dəfə “cinayət əməllərimi” prokurorluq araşdırır. Araşdırsınlar, mənim etirazım yox. Amma prokurorluq yaxşı olar ki öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin.” – deyə statusunda yazıb.
Bu gün Hüquq müdafiyəçisi Oktay Gülalıyev Respublika Baş Prokurorluğuna çağrılması ilə bağlı media və ictimaiyyət üçün canlı yayımda açıqlama verdi .Xeberman saytı olaraq həmin canlı yayımı təqdim edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]