Foto Fakt / Elm

Özlərini partladan Cəsur kəşfiyyatçılarımızdan bəhs edən “Əbədi yaşayanlar” adlı kitabın təqdimatı keçirildi (FOTO)

24-04-2019, 00:06
Milli Mədəniyyətin Təbliği İB-nin sədri, filologiya elmləri üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın müəllifi olduğu, 1997-ci ilin aprelində düşmənə əsir düşməmək üçün özlərini partladan Cəsur kəşfiyyatçılarımızdan bəhs edən “Əbədi yaşayanlar” adlı kitabın təqdimatı keçirildi. Xeberman.com-un verdiyi məlumata görə, Kitab təqdimatı iki hissədən ibarət olub. Birinci hissə Naxçıvanski adına hərbi ltseyin kursantları səhnəcki təqdim ediblər. İkinci hissə Şəhid ailələri, ziyalılar ictimayi xadimlər kitab barədə fikirlərini bildiriblər.
Tədbirdə şəhidlərin ailə üzvüləri , döyüş yoldaşları, ictimai fəallar, ziyalılar, media nümayəndələri və Naxçıvanski adına hərbi leseyin kursatları iştrak ediblər.

Qeyd edək ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçıları - Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov cəhbənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak ediblər. Aprel ayının 10-da isə onlar erməni mühasirəsinə düşüb, lakin təslim olmayıblar və özlərini partladıblar. Kəşfiyyat qrupunun sağ qalan yeganə üzvü isə Aqil Əhmədov olub. Daha sonra şəhidlərimizin nəşi erməni tərəfindən dəyişdirilib və 1997-ci ilin oktyabr ayının 16-da II Fəxri Xiyabanda dəfn olunublar.

Şəhid olmuş 7 nəfər kəşfiyyatçımızın hər biri "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər.



























Administratorla əlaqə

077 611-55-22

[email protected]