Əsas Səhifə / Foto Fakt
Əsir düşməmək üçün özlərini partlatmış Azərbaycanın Kəşfiyyatçıları ANILDI (FOTO )
11-04-2019, 00:08
Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 22 illiyi ilə əlaqədar anım tədbiri təşkil olunub. Press-az.com-un məlumatına görə, anım tədbiri Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirdə şəhidlərin ailə üzvüləri , döyüş yoldaşları, ictimai fəallar, ziyalılar, media nümayəndələri və məktəblilər iştrak ediblər.
Qeyd edək ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçıları - Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov cəhbənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak ediblər. Aprel ayının 10-da isə onlar erməni mühasirəsinə düşüb, lakin təslim olmayıblar və özlərini partladıblar. Kəşfiyyat qrupunun sağ qalan yeganə üzvü isə Aqil Əhmədov olub. Daha sonra şəhdilərimizin nəşi erməni tərəfindən dəyişdirilib və 1997-ci ilin oktyabr ayının 16-da II Fəxri Xiyabanda dəfn olunublar.
Şəhid olmuş 7 kəşfiyatçının hamısı Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.