Foto Fakt
"Xoşbəxt Ailə Notları" kitabının təqdimatı keçirildi
7-02-2016, 13:50
Xeberman.com saytı xəbər verir ki, fevralın 6-sı "Xoşbəxt Ailə Notları" kitabının təqdimatı keçirildi. Təqdimatda tanınmış ictimai xadimlər iştirak etdilər. Kitabla və müəllifin ailə barəsində fikirləri ilə tanış olan ekspertlər kitabın sağlam ailələrin qurulması,ailədə problemlərin həlli yolunda inqilabi dönüş yarada biləcəyi qənaətindədirlər.Mütəxəsislər bu mövzuda maariflənmənin zəifliyindən şikayətlənərək "Xoşbəxt Ailə Notları" kitabının daha geniş kütləyə çatdırılmasının zəruri olduğunu vurğuladılar. Müəllifin gənc olmasına baxmayaraq ailə kimi zəruri və həssas mövzusuna peşəkarcasına toxunmasının təqdirəlaiq olduğunu bildirdilər.
Müəllif Zaur Tahirsoy təqdimatın sonunda bütün qonaqlara, təqdimatda iştirak etdikləri üçün təşəkkürünü bildirdi və yaz aylarında ailə mövzusunda açıq seminarların keçiriləcəyini bildirdi.
"Xoşbəxt Ailə Notları" kitabını əldə etmək istəyənlər
+994 70 359 88 89
+994 55 530 30 75
(Cavid bəy)
nömrələri ilə əlaqə saxlaya bilərlər.