Dünya

Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi

21-04-2019, 15:08
Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi
İranda alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilir ki, Məşhəd məhkəməsinin qərarına əsasən, Yezdi hakimiyyətin devrilməsi məqsədi ilə təşkilat yaratdığına görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, Yezdi uzun müddət Məşhəd şəhərinin ali təhsil ocaqlarında çalışıb. O, ötən ilin avqustunda həbs edilib və 3 ay sonra zaminə buraxılıb.//virtualaz.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]