Ölkə

Suraxanıda Milli Qəhrəmanın adına hörmətsizlik edilir-VİDEO

29-01-2016, 17:32
Ölkə prezidentinin regionların sosial iqtisadi inkişafına dəstək olaraq rayon icra hakimiyyəti rəhbərlərinə ayırdığı pullar nədənsə bəzi rayon rəhbərləri tərəfindən yeyilir və mənimsənilir

Ayrılan vəsaitin düzgün xərclənməməsi sonda rayon başçısının hansı dırnaqarası işlərlə məşğul olduğunu ortaya qoyur. Üç il əvvəl Qaraçuxurda təmir adı ilə hasara alınan park bataqlığa, natəmizlik yuvasına çevrilib. Söhbət ölkəmizin azadlığı uğrunda canını fəda etmiş Milli Qəhrəman Cavanşir İzzət oğlu Rəhimovun adını daşıyan parkdan gedir. Redaksiyamıza daxil olan şikayət əsasında biz də parkın niyə pis vəziyyətdə olmasını aydınlaşdırmağa çalışdıq. Ərazidə gəzişən sakinlərlə söhbətən aydın oldu ki, park bir müddət əvvəl təmir adı ilə hasara alınıb və burada azacıqda olsa təmir işləri görülüb. Suraxanı rayon icra hakimiyyətinin balansında olan bu park nədənsə rayon rəhbəri İlqar Abbasovun diqqətindən çox çox kənar qalıb. Rayon rəhbərliyinin yaramaz fəaliyyəti milli qəhrəmanın adını daşıyan parkı xarabalığa çevirib, ərazidə böyük gölməçə yaranıb. Parkın ərazisində olan atraksionlar, tramvay xəttlərinin dəmir konstruksiyaları satılaraq pulu mənimsənilib. Bir sözlə, Suraxanı rayon rəhbərliyi və əlaltı işçiləri Milli Qəhrəmanın adını daşıyan parkda "qaş düzəltmək əvəzinə göz çıxartmaq" təəssüratı yaradıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]