Dünya / Layihə

Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib

18-03-2019, 22:14
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib

Xeberman.com xəbər verir ki, xəbər verir ki,Avstriya Azərbaycanlıları Cəmiyyəti Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Zaltsburq şəhərində Novruz şənliyi keçirib.
Tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov açaraq tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik etdi. Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdıraraq bildirdi ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də Azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.Tədbir iştirakçılarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin idarə heyyəti Mansurov Xalid,Almamadov Tapdıq,Əliyev İlham və Mehdi Kazım təbrik edərək qarşıdan gələn günlərinin uğurlu keçmələrini arzuladılar.Tədbirdə iştirak edən Almaniya Münhen Azərbaycanlıları Cəmiyyətinin sədri Kərimov Səttar vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mühüm nailiyyətlərə imza atıldı, milli mənəvi dəyərlərimizin qorunması, tədqiqi və tətbiqi istiqamətində uğurlar əldə olundu. Tədbirdə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi Aytən Əliyeva ilk olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstriyada yaşayan Azərbaycanlılara bayram təbrikini çatdırdı.Xanım Əliyeva xalqımızın Novruz adət ənənələrindən söz açaraq bu bayramda bütün insanların birlik və bərabərliyindən danışdı. Tədbirdə yerli və xarici diaspora nümayəndələri bu tədbirin keçrilməsindən məmnunluğ hissi duymalarından danışdılar.Diaspora təşkilatlarından Türkiyə,Çeçenistan,Yəmən,İtaliya,Almaniya diaspora nümayəndələri ilə bərabər Avstriya respublikasının yuksək vəzifəli şəxsləri və iş adamları tədbir iştirakçıları arasında idi.Avstriyalı iş adamı Tomas Vinkler Novruz şənliyindən bəhs edərək bu bayramın Avstriyanın milli bayramı olan Osten bayramına bənzətdi.Cənab Vinkler Azərbaycan və Avstriya xalqları arasında böyük mədəniyyət bağının olmasından mədəniyyətlərinin bir birilərinə bənzəməsindən danışdı. Qaçqınlarla iş üzrə dövlət komitəsinin nümayəndəsi xanım Marion Azərbaycan mədəniyyətinin möhtəşəmliyindən danışdı.Xanım Marionun sözlərinə görə Azərbaycan mətbəxinin əsrarəngiz təamlarından olan Şah Plovu ilk dəfə idi ki bu tədbirdə dadırdı və bu təam onu valeh elədi. Sonra respublikamızın tanınmış incəsənət ustası Elbaris Həmidli və Nostalji grupunun ifa etdikləri bir birindən gözəl musiqiləri bayram şənliyinə xüsusi rəng qatdı.









Administratorla əlaqə

077 611-55-22

[email protected]