Gündəm

Prezident Novruz şənliyində iştirak etdi

19-03-2018, 12:26
Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib.

Bahar qız dövlətimizin başçısına səməni təqdim edib. Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]