Xəbərlər / Şikayət
Jurnalist Mədət Quliyevin qəzəbinə gəldi
27-04-2018, 12:22
Jurnalist Mədət Quliyevin qəzəbinə gəldi...
DTX əməkdaşlarının rüşvət aldığını işıqlandırdığı üçün cəza olaraq onu Naxçıvana hərbi xidmətə göndərdilər...
Bu barədə Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məsələyə münasibət bildirib. Həmin video reportajı sizlərə təqdim edirik.
Xeberman.com saytının baş redaktoru Polad Aslanov bu ayın 19-u qəflətən hərbi xidmətə aparılıb. Aldığımız məlumata görə hal hazırda Naxçıvanda 500 saylı hərbi hissənin tibb məntəqəsində müalicə olunur.
Əld etdiyimiz məlumata görə, Polad Aslanovun ürəyində ciddi problemin olması ilə yanaşı, çəkisi də (41 kq) hərbi xidmət qaydalarına uyğun deyil. Buna baxmayaraq jurnalist iki saatın içində Naxçıvan Muxtar Respublikasına göndərilib.
Əldə etdiyimiz digər məlumata görə, ürəyində olan ciddi problemlərə görə bu günəcən hərbi xidmətə aparılmayan 29 yaşlı jurnalistin bu gün hərbi xidmətə aparılmasına səbəb son zamanlar Dövlət Təhlükəsizlik Xidməti əlehinə yazdığı kəskin yazılardır. Jurnalist gömrük keçid məntəqələrində ziyarətə gedən zəvvarlardan DTX əməkdaşlarının aldığı rüşvətləri işıqlandırdığı üçün cəzalandırıldığını iddia edir. Jurnalist son zamanlar Daxili İşlər Nazirliyi barəsində, xüsusi ilə də Binəqədi rayon polis idarəsinin rəisi Namiq İsmayılovun adam döyməsi faktını kəskin tənqid edərək ictimailəşdirmişdi. O cümlədən İsmayıllı rayon icra hakimi Mirdamət Sadıqovun qanunsuz hərəkətləri barədə kəskin süjetləri ictimailəşdirmişdi.
Faktla bağlı araşdırma aparılacaq.