Əsas Səhifə / Şikayət / Gündəm

DTX-A BAŞ REDAKTORU QEYRI-QANUNI HƏRBI XIDMƏTƏ NECƏ YOLA SALDI?!

27-04-2018, 01:36

19aprel səhər saat 10 radələrində Polad Aslanovun telefonuna zəng gəldi ki,siz bu gün herbixidmətə gedirsiz,Nərmanov rayon Herbi Komisarlığında rəis Qəşəm müəllim sizi gözləyir.Biz də Polad bəyin ailəsi olaraq Polad bəylə birgə getdik.Rəisin qəbulunda olduq.Və orda bildirdik ki,Polad bəyin ürəyində problem var,çəkisi ilə boyu uyğun gəlmir.Siz onu qeyri-qanuni necə apara bilərsiz?
Bizə rəis bildirdi ki,Polad müxalif yazılar yazıb,əmir yuxarıdan gəlib,Polad herbixidmətə getməlidi.2saat ərzində onlar Polad Aslanovu apar-topar Naxçıvana yola saldılar.
Qeyd edim ki,Polad bəyin 29yaşı var ,evlidi və 5yaşında bir qız evladı var. Bu yaşına qədər hərbi xidmətdə olmamağının səbəbi isə sağlamlığında olan problemlərdi.Polad bəyə 3 il bundan öncə hərbi bilət verilmişdi(niqodnu bilet və orda yazılmışdı ki,dinc vaxtı hərbixidmətə yararsız,müharibə vaxtı hərbixidmətə yararlı).Bu il yenidən Polad bəyi hərbi komisarlıq çağırdı və müayinə üçün Sabunçu Rayon Mərkəzi Xəstəxanasına göndərmişdi.Həmin xəstəxananın baş həkimi Fikrət həkim Polad bəyə bildirmişdi ki,sən kimlərin ayağını tapdalamısan ki,səni belə tez müddətdə hərbi xidmətə göndərmək istəyirlər.Sonra nə oldu bilmədik və Poladı müayinə üçün özünün qeydiyyatda olduğu 8nömrəli Poliklinkaya göndərdi hərbi komisarlıq.Orda müayinə olunan zaman Əli hekim Polad bəyə bildirdi ki,sənin ürəyinin damarının birində blok var və yüksək təziqin var.Müayinə cavablarını Polad bəy apardı komisarlığa.Sonra ara bir az sakitləşdi.Qeyd edim ki,Polad bəyin qeydiyyatda olduğu ünvana hərbi xidmətə getməsi ilə bağlı heç bir bildiriş,xəbərdarlıq gəlməmişdi.Və biz ailəsi olaraq orda tələb etdik.Bizə bildirdilər ki,artıq bildiriş vərəqi olmur.Belə çağırırıq.Mən sual verdim ki,axı necə ola bilər ki,hərbi xidmətə gedən vətəndaş hərbiyə getməsi ilə bağlı öncədən xəbərdarlıq almasın?Qeyd edim ki,Polad bəyin şəxsiyyət vəsiqəsini və niqodnu biletini Polad bəyi həkim müayinəsinə göndərərkən almışdılar və qaytarmadılar. Ölkədən çıxışına isə qadağa qoymuşdular,amma sonra qadağanı götürdülər.
Aprel ayının 19 səhər saatlarında Polad bəyi hərbi komisarlıqdan Naxçıvana yola saldılar.Polad bəy gədərkən dişlərinin yeri şişmişdi,üzü şiş idi.Vəziyyəti çox pis idi.Ağrılardan 4dənə ağrıkəsici işmiçdi,amma təsir etmirdi ağrısına
Hal-hazırda Polad bəy Naxçıvandadı.Onunla birgə gedən sağlam əsgərlərə hərbi forma verilib çastlarındadırlar,xidmətə başlayıblar ,səhhəti ilə bağlı problemi olan əsgərləri geri göndəriblər,amma Polad bəy getdiyi gündən qrajdanski geyimdədi və sançasta müalicə alır.Amma Polad bəyə məlum deyil nə ilə bağlı onu müalicə edirlər.Gün ərzində 5ədəd iynə vururlar.Polad bəy qeyd etdi ki,yemək hər şey yaxşıdı hələ ki,amma çasta necə olacaq o məlum deyil.Qeyd edim ki,Polad bəyin sağlamlığı ona izin vermir ki,o hərbi xidmətin qayda-qanununu yerinə yetirsin.Çünki onun ürəyində damar bağlıdı,qan təziqi gündüz 80-50 olur,amma gecələr ürəyə qan çatmır deyə təziqi yüksəlir baş ağrıları çoxalır,bədəninin hərarəti qalxır.Polad bəyə stress keçirmək olmaz təziqi qalxır,sudurğa verir onda.Sağlamlığında olan bu qədər problemləri nəzərə almadan DTX-nin zakazı ilə Polad Aslanovu 19apreldə qanunsuz olaraq hərbi xidmətə göndərdilər.
Qeyd edim ki,DTX-nın işçiləri İrana İmam Rza(ə) ziyarətə gedən zəvvarlarda 10 dollar,Kərbəlaya İmam Hüseyn(ə)ziyarətə gedən zəvvarlardan 20dollar Gömrük Keçid məntəqəsində dolya alırdılar.Polad bəy də bu özbaşınalıqlarla bağlı yazılar yazırdı.Bizə komisarlıqda da dedilər ki,bizim əlimizdən heç nə gəlmir,emir yuxarıdan gəlib sən getməlisən.Müxalif yazmısan.
Polad bəy hər zaman məzlumun yanında olub,haqqı deyi,haqqı yazıb və bir jurnalist kimi bitərəf olub.Düzgün,qərəzsiz,qorxmadan ,çəkinmədən olan haqsızlıqları çəkib göstərib.Polad bəy ola bilər ki,DTX-nın bu özbaşnalıqlarına müxalif olub,müxalif yazıb,amma Polad bəy Vətənini ,Xalqını sevib və bir jurnalist kimi əlindən gələni etməyə çalışıb.
Mən Polad Aslanovun ailəsi olaraq başda Cənab Prezidentimiz İlham Əliyevdən,ölkəmizin birinci xanımı Mehriban Əliyevadan və aidiyyatı üzrə dövlət orqanlarında xahiş edirəm Polad bəyin haqqını müdafiə etməkdə bizə köməklik edin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]