Dünya

Binəli Yıldırım istefa verdi

19-02-2019, 10:35

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Bu gün mən Türkiyə Böyük Millət Məclisində tutduğum vəzifədən istefa verirəm”,- deyə o bildirib.

Qeyd edək ki, Binəli Yıldırım bu addımı İstanbulun bələdiyyə başçısı postuna namizədliyini irəli sürmək üçün atıb.

Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Qonşu ölkədə bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]