Dünya

Binəli Yıldırım: Terrorçu ordusunun yaradılmasına imkan verməyəcəyik

27-01-2018, 10:37

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın Suriyadakı hərəkətlərini pisləyərək Vaşinqtonun bölgədəki terror təşkilatları ilə əməkdaşlığının yolverilməzliyini vurğulayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər verib.

“Doğurdanmı ABŞ kimi güclü ordu və böyük imkanlara malik ölkənin bir ovuc terrorçunun yardımına ehtiyacı var? Türkiyənin sərhədi həm də NATO sərhədidir. NATO-nun sərhədini təhlükə mənbəyi kimi qəbul etmək ağılasığmazdır. Bu izah edilən deyil. Bu düşmənçiliyin açıq təzahürüdür. Ankara belə bir planın həyata keçirilməsinə imkan verməyəcək, arxasında hansı ölkənin durmasından asılı olmayaraq. Bu baş verməyəcək!”, deyə baş nazir vurğulayıb.

Binəli Yıldırım həmçinin ABŞ-ın yaratdığı beynəlxalq koalisiyanın qeyri-effektiv olduğunu qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]