Dünya

Binəli Yıldırım Türkiyə parlamentinin spikeri ola bilər

7-07-2018, 18:16

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AKP parlament sədri vəzifəsinə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb.

Türkiyə parlamentinin yeni sədrinin adı iyulun 12-də keçiriləcək səsvermədə müəyyənləşəcək. Parlamentin spikeri olmaq üçün səsvermənin birinci və ikinci turunda 400 səs toplamaq lazımdır.

Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.

Qeyd edək ki, Milliyətçi Hərəkət Partiyası səsvermədə B. Yıldırımın namizədliyini dəstəkləyəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]