Əsas Səhifə / Layihə

Türkiyədə azərbaycanlı fəxri ada layiq görülüb – FOTO

23-10-2018, 14:25

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Xarici Əlaqələr Departamentinin rəhbəri, İctimai-siyasi xadim Nəcəf Qənbərov Türkiyənin Ərciyəz Universitetinin “Fəxri tələbə” adına layiq görülüb.

Xeberman.com xəbər verir ki, təəssüratlarını mətbuatla bölüşən N.Qənbərov bildirib ki, Türkiyə universitetləri tarixində ilk dəfə bu ada layiq görüldüyü üçün çox sevinclidir: “Oktyabr ayı həyatımda ən qürurverici gün oldu. 2015-ci ildə məzunu olduğum Ərciyəz Universitetindən Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına göstərdiyim dəstəyə və bu ali təhsil ocağına verdiyim töhfələrə görə universitetin rektoru professor Mustafa Çelik tərəfindən mənim şəxsimə təqdim edilən “Fəxri tələbə” adı universitət idarə heyəti tərəfindən qəbul olunub. Türkiyə universitetləri tarixində ilk dəfə və dünyada barmaqla sayılacaq qədər az olan bu ad mənə təqdim olunub. Bu səbəbdən Türkiyə və Azərbaycan tarixində ilk olduğum üçün sevincim böyükdür!”.

Məlumat üçün bildirək ki, Ərciyəz Universiteti dünyanın 500 ən yaxşı universitetləri siyahısında yer alıb. Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğana da bu ilin 13 oktyabr tarixində Ərciyəz Universitetinin “Fəxri Doktor” adı təqdim olunub. Əvvəllər də universitetinin fəxri adına Türkiyə Cümhuriyyətinin eks prezidentləri Süleyman Dəmirəl, Abdullah Gül, KKTC-nin prezidenti Rauf Denktaş və bir sıra dövlət rəhbərləri də layiq görülüblər.

Qeyd edək ki, Nəcəf Qənbərovun Heydər Əliyev Fonduna təqdim etdiyi təşəbbüsləri sayəsində oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı abidəsinin açılış mərasimi olub.

Bu tarixi tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənov, millət vəkilləri Şəmsəddin Hacıyev, Elman Məmmədov, həmçinin Türkiyənin AK Partiyasından millət vəkili Şamil Ayrım, Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış, Rusiya Dövlət Dumasının təmsilçisi Ramin Qasımov, bu ölkədən olan deputatlar - Oksana Puşkina, İrina Rodnina, Dmitriy Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokova, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov, DAMM-nin vitse prezidenti Hacı Quliyev və eləcə də DAMM-nin xarici əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərovun, İNK-nin sədr müavini, sahibkar Nazim Tahirovun və digər tanınmış şəxslər iştirak ediblər.

Kayseri şəhərində ucaldılan Xocalı soyqrımı abidəsi DAMM-nin xarici əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərovun Heydər Əliyev Fonduna təqdim etdiyi layihə təşəbbüsləri sayəsində baş tutub. Nəcəf Qənbərov vaxtilə Türkiyənin Kayseri şəhərindəki universitetdə təhsil alıb və o vaxtdan bu şəhərdə 2 hektar sahədə Xocalı parkının salınmasının təşəbbüskarı olub. Parkda Xocalıda öldürülmüş dinc əhalinin sayı qədər ağac əkilməsinə nail olub. Xocalı soyqırımı abidəsi həmin park da daxil olmaqla böyük bir xiyabanı əhatə edir.


FUAD MƏDƏTOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]