Gündəm

Şəhid pilot “Azərbaycan Bayrağı”na layiq görülüb.

20-04-2016, 14:37

Şəhid pilot "Azərbaycan Bayrağı”na layiq görülüb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

Ordenlə təltif edilənlərin içərisində cəbhədə gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan pilotlardan biri, mayor Urfan Vəlizadə də var.

U.Vəlizadənin  qardaşı Vidadi Vəlizadənin Modern.az saytına verdiyi məlumata görə, şəhid "Azərbaycan Bayrağı”na layiq görülüb.

 Şəhid pilot

Administratorla əlaqə

077 611-55-22

[email protected]