Xəbərlər / İdman
Məhəmməd Salaha Çeçenistanın Fəxri vətəndaşı adı verilib
23-06-2018, 12:34
İngiltərənin "Liverpul" klubunun və Misir milli komandasının futbolçusu Məhəmməd Salah Rusiyanın Çeçenistan Respublikasının Fəxri vətəndaşı adına layiq görülüb.
"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçini Çeçenistanın başçısı Ramzan Kadırov təltif edib.
O, sosial şəbəkədəki səhifəsində yazıb: "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım. Misir yığmasının şərəfinə verdiyim təntənəli şam yeməyində mən Məhəmməd Salaha fərmanın surətini və döş nişanını təqdim etdim. Bu, layiqli addır".
Kadırovun sözlərinə görə, minlərlə uşaq, yeniyetmə və yaşlı insan dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətdə olmaq imkanı qazanıb. O, Çeçenistanın "Ahmat" klubunun Misir yığması ilə Qroznıda nə vaxtsa yoldaşlıq görüşü keçirəcəyinə əminlik ifadə edib.
Misir yığması dünya çempionatındakı ilk 2 oyununda Uruqvaya 0:1, Rusiyaya isə 1:3 hesabı ilə uduzaraq, qrupda qalıb.