İdman

Ronaldo xəstəxanadan evə buraxılıb

14-08-2018, 20:12
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo xəstəxanadan evə buraxılıb.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu İspaniyanın İbiza şəhərindəki klinikadan ayrılıb. Ronaldo onu gözləyən jurnalistlərdən qaçmaq üçün xəstəxananı arxa qapıdan tərk edib.

Qeyd edək ki, pnevmoniya diaqnozu qoyulan Ronaldo müalicə olunması üçün avqustun 10-da xəstəxanaya yerləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]