İdman

Madrid prokurorluğu Kriştiano Ronaldonu vergi fırıldaqçılığında ittiham edir

14-06-2017, 08:34
Madrid prokurorluğu Kriştiano Ronaldonu vergi fırıldaqçılığında ittiham edir
İspaniyanın “Real Madrid” klubunda oynayan portuqaliyalı futbolçu Kriştiano Ronaldo vergi fırıldaqçılığında günahlandırılır. Müvafiq ittihamla Madrid prokurorluğu məhkəməyə müraciət edib.

Prokurorluq Kriştiano Ronaldonu 2011-2014-cü illərdə dörd vergidən yayınma epizodunda iştirakda şübhəli bilir. Bunlardan birində futbolçu 14,7 milyon avroluq vergi fırıldaqçılığında şübhəli bilinir.

Hüquq mühafizə orqanlarında hesab edirlər ki, Ronaldo gəlirlərini vergi orqanlarından gizlətmək məqsədi ilə 2010-cu ildə xüsusi yaradılmış şirkətlər şəbəkəsindən istifadə edib./Azərtac/

Administratorla əlaqə

077 611-55-22

[email protected]