İdman

Ronaldo Messiyə olan münasibətindən danışdı

1-06-2017, 10:22

Real”ın hücumçusu Kriştianu Ronaldo dünyanın ən güclü futbolçusu adı uğrunda mübarizə apardığı “Barselona”nın forvardı Lionel Messiyə olan münasibətindən danışdı.

Oxu.Az bu barədə “Çempionat”a istinadən xəbər verir.

“Mən yaxşı oyunçuları izləməyi sevirəm, Messi isə əla futbolçudur. Əlbəttə, mən onun oyununu böyük zövqlə izləyirəm. Bizim münasibətlərimiz yaxşıdır və bir-birimizə hörmət edirik. Mən onun evinə qonaq getmirəm və biz birgə nahar etmirik. Onu dostum adlandıra bilmərəm, amma Lionel mənim üçün rəqib yox, həmkardır”, - Ronaldonun sözlərini “Fox Sports Argentina”ya istinadən Sport.es sitat gətirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]