Siyasət
Putin Təhlükəsizlik Şurasının üzvlərilə Dağlıq Qarabağ problemini müzakirə edib (FOTO)
18-05-2016, 05:55
Müşavirə iştirakçıları Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşü ilə bağlı fikirlərini bölüşüblər
Rusiya prezidenti Vladimir Putin Rusiya-ACEAN sammiti öncəsi Dövlət Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, həmçinin ölkədaxili aktual məsələləri müzakirə edib.
Musavat.com xəbər verir ki, bu haqda Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Müşavirədə Rusiya-ACEAN sammitinə hazırlıq müzakirə edilib" - deyə Peskov əlavə edib. Onun sözlərinə görə, müşavirə iştirakçıları Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana görüşü ilə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə Dövlət Dumasının spikeri Serqey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliev, daxili işlər naziri Vladimir Kolokolçev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin başçısı Mixail Fradkov iştirak ediblər.