Texnologiya

ABŞ dünyanın ən güclü kompüterini yaratdı

18-07-2018, 17:13
ABŞ dünyanın ən güclü kompüterini yaratdı
ABŞ Energetika Nazirliyi yanında Milli Laboratoriyanın mühəndisləri dünyanın ən güclü kompüterini yaradıblar.

Axar.az xəbər verir ki, super kompüter mühəndislər tərəfindən “Sammit” adlandırılıb. Yeni kompüterin gücünün 200 petaflops olduğu deyilib:

“Bu kompüter 200 milyon əməliyyatı 1 saniyədə həyata keçirmək gücündədir. Bu isə onu adi noutbukdan 1 milyon dəfə güclü edir”.

Qeyd edək ki, “Sammit”in sürəti məşhur Çinin super komüuteri “Sunway TaihuLight”ın gücündən 60% çoxdur. Belə ki, Çin super kompüterinin gücünün 93 petaflops olduğu deyilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]