İdman

Kamran Ağayevin yolu açıldı

25-05-2015, 15:25
Kamran Ağayevin yolu açıldıKamran Ağayevin çıхış etdiyi "Kayserispor" qapıçılarından biri ilə yollarını ayırıb.

Xeberman.com-un məlumatına görə, PTT 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazanan komanda Hakan Arıkanla vidalaşıb.

Hakan müqavilə ilə "Kayserispor"a məхsus olsa da, icarə əsasənda “Trabzonspor”da çıхış edirdi. Qara dəniz təmsilçisi qolkiperi birdəfəlik transfer edib. “Kayserispor” bu transferdən 4 milyon avro qazanıb.

Qeyd edək ki, Kamran Ağayevin "Kayserispor"la müqaviləsi başa çatır. Super Liqaya vəsiqə qazanan klubun millimizin üzvü ilə yeni müqavilə imzalaması gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]