Xəbərlər / Dünya

Gələcəyin ən güclü dövlətləri açıqlandı

27-03-2018, 18:56
Gələcəyin ən güclü dövlətləri açıqlandı2030-cu ilə kimi Hindistan, Fransa, Rusiya, ABŞ və Çin planetin ən güclü silahlı qüvvələrinə malik olacaq.

Xeberman.com xəbər verir ki, bu barədə hərbi ekspert Robert Farli “The National Interest” nəşrinə verdiyi müsahibədə bildirib.

“Rusiya ordusu 2030-cu ilə kimi ölümsaçan qüvvə olmağa davam edəcək. Habelə bir sıra problemlərlə üzləşəcək. Gələcəkdə texnoloji imkanlar Rusiya üçün böyük problemə çevrilə bilər” deyə müəllif qeyd edir.

Ekspertin sözlərinə görə, Rusiyada əhalinin azalması onun silahlı qüvvələrinə də təsirsiz ötüşməyəcək. Eyni zamanda icbari və müqavilə əsaslı hərbi xidmət arasında olan qeyri-müəyyənlik problem olaraq göstərilir.

Farlinin proqnozuna əsasən, ABŞ 2030-cu ilə kimi hərbi sferada lideriyini qoruyub saxlayacaq. Fransa isə Avropada aparıcı hərbi qüvvəyə çevriləcək.

Ekspert hazırda hər növ silahlara malik olan Hindistan və Çinin yaxın gələcəkdə dünyanın ən güclü beşliyinə daxil olacağını qeyd

Administratorla əlaqə

077 611-55-22

[email protected]