Texnologiya

İri şirkətlər “Petya”nın hücumuna məruz qaldılar

28-06-2017, 00:07
İri şirkətlər “Petya”nın hücumuna məruz qaldılar
Dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər.

Xeberman.com xəbər verir ki, bu barədə APA xarici KİV-lərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya və Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar.

Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır.

Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər.

Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.

Virus proqramı kompüterin blokdan çıxarılması üçün istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]