Dünya

Baş nazir vətəndaşı intihar fikrindən döndərdi - Video

8-07-2018, 13:41
Baş nazir vətəndaşı intihar fikrindən döndərdi - Video
Türkiyədə intihara cəhd edən vətəndaşı ölkənin Baş naziri Binəli Yıldırım fikrindən daşındırıb.

Axar.az xəbər verir ki, “15 iyul şəhidlər körpüsü”ndə intihara cəhd edən vətəndaşı fikrindən daşındıran Yıldırım onu özü ilə birlikdə dəvət olunduğu nikah mərasiminə gətirib.

“Bir daha belə şeylər ağlına gətirmə. Heç bir şey insanın həyatına son vermək üçün səbəb ola bilməz. Hər kəsin depressiyada olduğu günlər vardır. Belə bir vəziyyətdə Allaha sığınmalı və səbir etməlisən. Hər qaranlığın sonunda bir aydınlıq var. Allahdan ümidimizi kəsməməliyik. Allahın vəsiləsi ilə səninlə qarşılaşdıq. Bundan sonra hər şey gözəl olacaq, ürəyini sıxma”, - Yıldırım bildirib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]