Siyasət / Dünya

Baxçalı yenidən MHP-nin sədri seçildi

18-03-2018, 19:33
Bu gün Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilib.
Xeberman.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultayda Dövlət Baxçalı yenidən 9-cü dəfə 1169 nümayəndənin 1167-sinin səsini alaraq partiyanın sədri seçilib.
Qeyd edək ki, o, bir müddət öncə 2019-cu ildə keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini və parlament seçkilərinə AKP ilə ittifaqda qatılacağını açıqlamışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]