Dünya

Peşmərgə İŞİD-in maliyyə rəhbərini məhv etdi

2-07-2018, 13:34

İraqda peşmərgə qüvvələri keçirilən əməliyyatlar çərçivəsində İŞİD-in maliyyə və təchizat məsələlərinə nəzarət edən liderini məhv edib.

Bu barədə Mahmur şəhərində yerləşən peşmərgə qüvvələrinin komandiri Şirvan Bərzani danışıb.

Bərzaninin sözlərinə görə, əməliyyat şənbə günü gecə saatlarında Qaraçoq dağları bölgəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin havadan dəstəyi ilə başlayıb. Elə həmin gün peşmərgə qüvvələri İŞİD-in maliyyəçisi Əbu Ubeydə adlı terrorçunu məhv etməyə nail olub.

Döyüşlər zamanı daha 2 terrorçu da öldürülüb. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]