Dünya

Rusiya Rakkadan qaçan İŞİD-çiləri darmadağın etdi - Video

27-05-2017, 22:54

Rusiya aviasiyası mayın 25-də Rakkadan çıxan və Palmiraya istiqamətlənən İŞİD-ə məxsus 32 “pikap” avtomobili və 120 terrorçunu məhv edib.

Rusiya Müdafiə Nazirliyindəki mənbə yalnız aviasiyanın zərbələrindən 7 “pikap” avtomobilinin xilas olduğunu bildirib.

Həmçinin qeyd edilir ki, Rusiya PUA-ları Rakka üzərində gecə-gündüz növbə çəkirlər və İŞİD-çilərin Rakkadan çıxmasına nəzarət edir. Bildirilir ki, terrorçuların qaçmasına imkan verməmək üçün Rakkadan çıxan yollar zərbə altında saxlanılır.

***

Rusiya Müdafiə Nazirliyi Rakkadan qaçan İŞİD kolonunun məhv edildiyi görüntülərini yaydı. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]