Dünya

"İŞİD-dən sonra bu qüvvələri məhv edəcəyik"

20-03-2017, 15:54
İŞİD-in məhvindən sonra əcnəbi hərbçilər İraqda qalarsa həmin qüvvələrə qarşı silahlı mübarizə aparacağıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İraqda Sədr hərəkatının lideri Müktəda əs-Sədrin hərbi müşaviri Əbu Dua İsavi çıxış edib.

“İraqda yerləşdirilən əcnəbi qüvvələr İŞİD-lə mübarizəyə dəstək vermək üçün çağırılıb. İŞİD-dən sonra sözügedən hərbi qüvvələr İraqda qalarsa, onlara qarşı mübarizə aparacağıq”, - İsavi bildirib.

Hərəkat nümayəndəsi onuda əlavə edib ki, hökumətə qarşı nümayişlər davam etdiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]