Xəbərlər / Maraqlı

Putin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - Video

3-06-2018, 11:13

Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabinin vəliəhdi Məhəmməd Naxayana yeni “Kortej” layihəsi əsasında hazırlanan limuzinini göstərib.

Axar.az xəbər verir ki, Putin Naxayana bu avtomobilin “Mersedes”dən bir qədər böyük olduğunu deyib.

Bundan sonra Putin danışıqlarda iştirak edən Çeçenistan lideri Ramzan Kadırovdan “Sizdə beləsi yoxdur?” soruşub. Kadırov Putinə cavabında “Hələlik yoxdur” deyib.

Putin onunla zarafat edib: “Pis işləyirsiniz”.

Kadırov isə “Əsas odur ki, sizdə var” ifadəsini işlədib.

Qeyd edək ki, Putin üçün nəzərdə tutulan məxsusi avtomobil “Kortej” layihəsi çərçivəsində hazırlanıb.

Avtomobil gülləkeçirməz xüsusi zirehə malikdir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]