Dünya

Putin nəvələrindən danışdı

10-06-2017, 21:12

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində öz nəvələri barədə danışıb.

Oxu.Az-ın CNN istinadən məlumatına görə, Stoun Putinlə söhbət zamanı ona ailəsi ilə bağlı bir neçə sual verib və nəvələrinə münasibəti barədə soruşub.

Rusiya lideri nəvələrini sevdiyini söyləyib, lakin onlarla oynamaq üçün az vaxt sərf etməsindən təəssüfləndiyini bildirib.

Xatırladaq ki, amerikalı rejissora müsahibəsində Putin həmçinin bəyan edib ki, Rusiya və ABŞ-ın arasında açıq hərbi münaqişə baş versə “buna heç kim dözməyəcək”. Putin ABŞ prezidenti Bill Klintona Rusiyanın NATO-ya daxil olmasına dair təklif barədə də danışıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]