Dünya

Putin: “Tramp yaxşı dinləyicidir”

15-07-2017, 11:10
Putin: “Tramp yaxşı dinləyicidir” “Prezident Donald Tramp yaxşı dinləyicidir”.

Xeberman.com Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belqorodda dağ zənginləşdirmə kombinatının işçiləri ilə ğörüşündə deyib.

“O, kifayət qədər açıq insandır və televiziyada seçki kampaniyasının gedişi zamanı özü barəsində qurduğu görüntüdən fərqlənir” – deyə Putin bildirib. Rusiya lideri əlavə edib ki, Tramp dinləməyi bacarır.

Kreml rəhbərinin sözlərinə görə, bu kəşf onu əvvəlcə bir qədər təəccübləndirib. O, qeyd edib ki, Tramp həmsöhbətinə təsir edir, hətta əgər ona nəsə xoş gəlməsə, əl-qolunu oynadır.

Putin bildirib ki, ölkələr arasında dialoqun bundan sonra da inkişaf edəcəyinə ümid etmək şansı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]