Əsas Səhifə / Yaşam

Yük avtomobilinin sahibini döyən Binəqədi Polis idarəsinin rəisi necə təmizə çıxdı-BİABRÇILIQ.

24-01-2018, 04:06
Yük avtomobilinin sahibini  döyən Binəqədi Polis idarəsinin rəisi necə təmizə çıxdı-BİABRÇILIQ. Son günün ən aktual mövzusu olan yük avtomobilinin sahibi Şaiq Qəhrəmanovun Bİnəqədi polisinin rəisi polis-polkovniki İsmayılov Namiq və müavini polis polkovnik-leytenantı Süleymanlı Oktay və digər polis əməkdaşları tərəfindən döyülməsi ölkə mətbuatında rezoransa səbəb oldu. Qısa olaraq hadisənin qısa xronologiyasını yazmaq istəyərdim.
16 yanvar Xeberman.com saytına döyülən yük avtomobilinin sahibi Şaiq Qəhrəmanovun özü məlumat verərək bildirib ki, Nəsimi rayonunda üçün kuruqu deyilən ərazidə DYP-nin əməkdaşları onu saxlayıb bildirib ki, dövlət tədbiri var xahiş edirik gəlib orada iştirak edin hörmətiniz ediləcək. Şaiq Qəhrəmanov təklifi qəbul edərək Binəqədi Rayonunda 9-cu Mikrayonda yerləşən skoru binası deyilən əraziyə getdi.Polislər qaçqınları zorla bilinməyən əraziyə köçürürdülər. Həmin vaxtı da Ağdamdan məcburi köçkün olan Elnarə Məmmədova oğlu ilə birgə məcburi qaydada Tərtərdə ünvanı bəlli olmayan yerə köçürülmək məqsədi ilə Şaiq Qəhrəmanovun maşınına yükləri yükənilməsi prosesi başladı.
Şaiq bəy hadisə zamanı baş verənlərdən bizə danışarkən bildirdi ki, “Xanımdan soruşuram ki, səni Tərtərə hara aparım?
”Xanım deyir bilmirəm.
Bu zaman Şaiq bəy Binəqədinin polis rəisi Namiq İsmayılova yaxınlaşır ki, bu xanım hara gedəcəyini bilmir bunu mən necə aparım?
O isə öz növbəsində Şaiq Qəhrəmanova bildirib ki, “əəə qoduğ oğlu qoduğ və buna bənzər təhqiramiz söyüşlər” deyərək döyməyə başlayır həmin vaxtı polis rəisi ilə birlikdə onun müavini və digər polis əməkdaşları da Şaiq bəyi döyməyə başlayır.
Şaiq Qəhrəmanov isə bildirir ki, narahat olmayın hara desəniz aparacam. Ona deyirlər apar bu ailəni Tərtərdə kəndlərin hər -hansı birinə qoy gəl və beləcə ağılı ol. Şaiq Qəhrəmanova Ruslan adlı polis əməkdaşı 20 azn pul verir,lakin Şaiq bəy pulu qəbul etmir geri qaytarır. Elnarə Məmmədovanı 15 yaşlı oğlu ilə birgə dostunun evinə gətirir .
Xeberman.com saytı olaraq biz də saytımızın rəhbəri Polad Aslanovla birgə həmin evə gəldik. Evdə olarkən ilk işimiz Şaiq bəydən xahiş etdik ki, 102 –yə zəng edib hadisə ilə bağlı məlumat versin . Şaiq bəy 102-yə zəng edib hadisə ilə bağlı məlumat verdi.Məlumat verəndən sonra gördük ki, Şaiq bəyin vəziyyəti getdikcə pisləşir.Bizə müsahibə verə bilmir.Dedik ki, Təəcili Tibbi yardıma zəng etsin.Təəcili Tibbi yardım gəlib müayinə edəndə bildirdi ki, sizin vəziyyətiniz çox ağırdı, qarın boşluğunda gözlə görülən şişlər vardi ,həkimlər əl vuranda isə Şaiq bəy ağrıdan qışqırırdı.Həkimlər bildirdi ki, qarın boşluğu partlayıb,təəcili müayinə olunmalısan və əgər müayinə zamanı məlum olsa ki, qarın boşluğu partlayıb ,bu zaman əməliyyat olunmalısan.Şaiq bəy həkimə dedi ki,polis rəisi və onun müavini Şaiq bəyin qarın nahiyyəsinə bir neçə təpik vurublar,həmin zaman bir neçə polis əməkdaşları da Şaiq bəyin qollarını tutublar. Həkim ağrıkəsicilər vurduqdan sonra Şaiq bəy bizə ilk açıqlamanı verdi. Xeberman.com-un fb səhifəsindən həmin canlı yayımı bir başa verdik.Həmin vaxtdı məcburu köçkün Elnarə Məmmədova da açıqlama verdi.Canlı yayım bitəndən dərhal sonra isə Şaiq bəyə və Elnarə xanıma Binəqədinin polis rəisi Namiq İsmayılov zəng etdi.Bu zaman Şaiq bəyin vəziyyəti yenidən ağırlaşdığı üçün telefonunu aça bilmədi. Elnarə xanım isə telefona cavab verdi.Polis rəisi xanımı təhqir edirdi ki, “sən yaxşı qadın olsan internetə çıxmazsan ,sənin həyan yoxdur” həmin vaxtı telefon danışığını canlı yayıma bağlandıq və izləyicilərimiz də izlədi.Sonra isə rəis saytımızın rəhbəri Polad Aslanova yığaraq bildirdi ki, onlara inanmayın ,onlar yalan deyir gəlin görüşək.
Polis rəisi Polad bəyə bildirdi ki, mən Şaiq bəyə 120 azn pul vermişəm ki, qaçqınları aparmaq məqsədi ilə .Elnarə xanıma is kirayə qalmaq məqsədi ilə 200 azn öz cibimdən pul vermişəm. Bizdə öz növbəmizdə döyülmə ilə bağlı sual verdikdə dedi yalandır. Rəis Polad bəydən xahiş etdi ki, bu pul söhbətlərini canlı yayımda Şaiq bəydən və Elnarə xanımdan soruçsun.
Polis əməkdaşına Şaiq bəy zəng etdi ki, sən mənə və yaxudda rəisin 120 azn pul verib?
Polis əməkdaşı dedi yadımda deyil.
Şaiq bəy polis əməkdaşına dedi ki, sən mənə 20 azn pul vermək istədin məndə götürmədim .
Ruslan adlı polis əmkdaşı dedi ki, 20 azn olmaz ,çox olar təxminən 50 azn .
Həmin vaxtı canlı yayımda həmin kadırlar gedirdi. Bunu bilərkən Ruslan adlı polis əməkdaşı telefonu söndürdü bir daha cavab vermədi.
Şaiq Qəhrəmanovun vəziyyətinin ağır olduğunu nəzərə alaraq Şaiq bəylə birlikdə təəcili 1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) gəldik.
Xəstəxanada Bəhrəm adlı həkim müayinə edərkən dedi ki, zərbənin təsirindən qarın boşluğu partlayıb və təəcili əməliyyat olmalısan.Gecə saat 3-də Şaiq Qəhrəmanov əməliyyat oldu.Səhər saat 11-də palataya köçürüldü.Həkim Polad Aslanova bildirdi ki, əməliyyatı ağır olub . Dörd saat əməliyyat gedib.
Şaiq Qəhrəmanov xəstəxanada olanda bir nəfər polis əməkdaşı gəlib maraqlanmadı.Yanvarın 19-da bizim xahişimizlə Şaiq Qəhrəmanov 102-yə zəng etdi.Şaiq bəy bildirdi ki,necə olur məndən başqa kimi döyülüb və yaxuda avto qəza olursa polis gəlir izzahat alır,amma mənlə maraqlanan olmayıb?102- dən Şaiq bəyə bildirdilər ki, səni rəis döydüyünə görə rəhbərlik maraqlanır,qısa zamanda sizinlə maraqlanacaqlar.Yanvarın ayının 20-i isə Şaiq Qəhrəmanova çox saylı qohumlar və Polisdə işləyən dost- tanışlar zəng edib xahiş etdilər ki, şikayətini geri götürsün, Xeberman fb səhifəsində gedən videoları və digər xəbər saytlarında gedən xəbərləri sildirsin. Hətta xahiş edənlər içində Tovuz rayonunun polis idarəsinin rəisi belə oldu.
Şaiq Qəhrəmanov xahiş-minnətdən sonra isə onlara dedi ki,ancaq jurnalistlərə açıqlama verməyəcək sildirmək mənlik deyil.
Onlar dediki Binəqədinin polis əməkdaşları gəlmək istəyir icaizə verirsinizmi?
Şaiq bəy dedi buyursun gəlsinlər.
Həmin vaxtlar saytımızın rəhbəri Polad Aslanov xəstəxanada idi. Xatırladaq ki, 4 -gün müddətində Polad Aslanov hər gün xəstəxanada Şaiq bəyin yanda olub ,onun yanında qalıb. Səbəb isə Şaiq bəyə yenidən hər hansı bir xəsarət yetirmək məqsədi ilə bağlı nə isə etməklərindən narahat olduğuna görə qalıb
Yanvar ayının 20-si Binəqədi Polis idarəsinin yüksək rütbəli polis əməkdaşları gəlib üzürhaxlıq edir ,xahiş-minnət edirdilər ki, Şaiq bəy rəisdən şikayətçi olmasın . Hətta Şaiq bəyə nə qədər desə pul da verməyə hazır olduqlarını bildirdilər. Şaiq bəy isə onları danlayaraq bildirdi ki, mən sizin üçün nəyəm? Bu səbəbə görə yenidən üzürhaxlıq elədilər və yenidən xahiş etdilər ki, o yazılar silin, rəisdən şikayyətçi olmayın. Sonda Şaiq bəy Polad Aslanova bildirdi ki, mən nə edim elə adamlar çıxdı ki, nə desələr etməliyəm. Sonda bu yazını yazarkən təzə məlumat daxil oldu ki, Şaiq Qəhrəmanovu Daxili İşlər Nazirliyinə çağırıblar. Binəqədinin Polis idarəsinin yüksək rütbəli əmkdaşları Şaiq Qəhrəmanovdan xahiş edir ki, nə olar yaz ki,məni rəis döyməyib , qaranlıq idi bilmirəm kim döyüb.
Həmin məcburi köçkünə isə kirayə pulu veriblər ki, hələlik müvəqqəti kirayədə qal ,20 günə sənə ev verəcəyik.Bunun müqabilində Elnarə Məmmədovadan Binəqədi Polis idarəsində video müsahibə də götürüblər ki, belə bir hadisə olmayıb sadəcə əsəbi olub belə intrvu verib. İndi həmin xanım saytımızın rəhbərliyə dua edərək deyir ki,çox sağ ol ki, haqqımız olan evə sahib olmaqda kömək oldunuz.
Xatırladaq ki, Şaiq Qəhrəmanovdan müsahibə götürdüyünə görə Türkiyədən bir nəfər azərbaycanlı Kanal 13-əməkdaş bloger Dəyanət Babayevə yığıb ailə-məişət zəmnində söyüşlər söyüb hədələyirdi ki, sən nə üçün Namiq İsmayılov barəsində intrvu götürmüsən.
Yazının davamı var bizi izləyin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]