Kriminal

İstirahət mərkəzində yanğın - Qubada

22-03-2018, 13:43
Qubada yanğın hadisəsi qeydə alınıb.

Xeberman.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba rayonu, Amsar kəndində yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m2 olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]