Xəbərlər / Gündəm

Bakıda daha bir yanğın — Məşhur restoran alışdı

7-02-2018, 22:56
Xeberman.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, sözügedən yanğın "Sumakh" restoranında baş verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]