Kriminal
Qazaxda xəstəxanada yanğın olub
27-08-2016, 22:44
Xeberman.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 100 m² olan, birmərtəbəli 3 otaqlı kənd xəstəxanasının dam örtüyü 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, xəstəxana hazırda fəaliyyət göstərmir