Kriminal

Kürdəmirdə 4 otaqlı ev yanıb

1-03-2017, 00:33
Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

Xeberman.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Sığırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]