Foto Fakt

“İnci” şirkəti satdığı məhsullara zamin dururmu? (FOTO)

23-01-2016, 06:33
“İnci” şirkəti satdığı məhsullara zamin dururmu? (FOTO)

Müştəridən şikayət: "Bir sözlə, "İnci” şirkəti satdığı elektrik qəfədanlara sahib çıxmaq istəmir”

Azərbaycanın müxtəlif sahələrdə liderliyə iddialı olan, amma bu iddiaları ilə göstərdiyi xidmətlər uyğun gəlmarchelik1əyən şirkətlər az deyil. Bəzi şirkətlər xaricdən müxtəlif məhsulların ölkəmizə idxalı və satışı ilə məşğul olur, lakin bu məhsullarla bağlı hər hansı problem yarandıqda texniki xidmət göstərmək istəmir. Eyni zamanda, zəmanət problemi yaranır ki, bu da həmin şirkətlərin fəaliyyətinə kölgə salır. Qafqaznews.az  olaraq, müxtəlif şirkətlərin fəaliyyətinə dair yazılar dərc etmiş, aldadılan müştərilərin problemlərini işıqlandırmışıq. Xüsusilə də, məişət texnikası ilə bağlı şikayətlər son zamanlar çoxalmaqdadır. Məhsulların keyfiyyətsiz olması bir yana, bəzi şirkətlərin satdığı məhsullara görə cavabdehlik daşımaq istəməməsi, həmin məhsulların təmirinə və digər texniki xidmətlərinə dair çatışmazlıqlar müştərilərin narazılığına səbəb olurIMAG0384. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən vətəndaşlardan biri "İnci” şirkətindən narazılıq edib.

Məlumat üçün bildirək ki, "Quick S” şirkətinin elektrik qəfədanlarını ölkəmizə "İnci” şirkəti idxal edir. Redaksiyamıza şikayət edən vətəndaş bildirib ki, "İnci” şirkəti neçənci dəfədir ona problem yaradır. Belə ki, vətandaş bir neçə dəfə "İnci” şirkətinin dükanlara satış üçün payladığı elektrik qəfədanlardan aldığını, ondan sonra qəfədanların ikisinin təmirə ehtiyacı olduğunu bildirib. Vətəndaşın sözlərinə görə, o, qəfədanı aldığı dükan vasitəsi ilə təmirə göndərsə də, qəfədanlar ona 3 aydan sonra qaytarılıb – amma bərbad vəziyyətdə: "Hətta qəfədanın birinin yenidən təmirə ehtiyacı var. Qəfədanın xarici görünüşündən görünür ki, qəfədan təmirdə olan zaman yerdən-yerə atılıb, qəfədanın üz hissəsində atıldığı yerlərin izləri, yəni cızıqlar təkrarlanır”.IMAG0385

Şikayətçi vətandaş mətbuat vasitəsi ilə "İnci” şirkətinin alıcılarına bu problemi çatdırmaq istəyir ki, qoy həmin şirkətin alıcıları yaranan bu problemdən özləri üçün də bir nəticə çıxarsınlar: "Bir sözlə, "İnci” şirkəti satdığı elektrik qəfədanlara sahib çıxmaq istəmir”. Əməkdaşımız "İnci” şirkəti ilə əlaqə saxladı, şirkətdən təsdiq etdilər ki, "Quick S” elektrik qəfədanlarını ölkəmizə onlar idxal edirlər və həmin qəfədanlar dükanlara satış üçün zəmanətlə paylanılır. Turanə adlı xanım əməkdaş bizimlə söhbətində bildirib ki, "bütün elektrik avadanlıqlarına bir illik zəmanət var, hər hansı problem yarandıqda məhsullar mağazalardan servisə yönəldilir.

Çox güman ki, o müştərinin işini mağaza yubadıb. Ona dedik mağazaya aparsın. Yox, mağazaya apamaq istəmirsə, gətirsin şirkətimizə, məsələni araşdıraq”. Adıkeçən şirkətin saytına da baxdıq. Şirkətin "inci.az” saytında elektrik avadanlıqları barədə ətraflı məlumatlara rast gəlmədik, həmçinin, zəmanət barədə də bir cümlə yoxdur.

Sənan Məmmədli

Qafqaznews.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]