İqtisadiyyat

Bir sıra məhsulların idxalı və satışı ƏDV-dən azad edildi

8-05-2016, 00:19
Bir sıra məhsulların idxalı və satışı ƏDV-dən azad edildi
Bir sıra məhsulların idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergilər Məcəlləsində dəyişikliklər müzakirə olunaraq təsdiq olunub.

Dəyişiklik bir sıra məhsulllarının idxal və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutur.

Belə ki, dəyişikliyə əsasən damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad olunur.

İkinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır.

Belə ki, dəyişikliyə əsasən həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır. və hər 100 kv. metr üçün 10 manat müəyyən edilir.

Qeyd edək ki, təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]