Əsas Səhifə / Gündəm

Göyçay hakimi ananı aclıq aksiyasına vadar etdi

23-12-2015, 18:11
Göyçay hakimi ananı aclıq aksiyasına vadar etdi

Allahverdiyeva iddia edir ki, hakimləri ələ almaqçün keçmiş qaynı – "Azərbaycan Dəmir Yolları” QSC-də məsul şəxs olan Anar Allahverdiyev külli miqdarda pul xərcləyib

Xeberman.com-un  bolgexeber.com-a istinadla məlumat verir ki, Göyçayda məmur qardaşların ananı 2 övladı ilə evsiz qoyub.

Övladları ilə küçədə qalan Ülviyyə Allahverdiyeva övladları ilə birgə aclıq aksiyasına başlayıb. Media vasitəsilə aidiyyati qurumlara səsini çatdırmaq istəyən Ülviyyə Allahverdiyeva bildirir ki, ilk şikayətindən sonra keçmiş qaynı Anar Allahverdiyev tərəfindən təhdidlər alıb.
 
O, Ülviyyə xanımı ölümlə hədələyib. Xatırladaq ki, Ülviyyə Allahverdiyeva həyat yoldaşı Müşfiq Allahverdiyevlə boşandıqdan sonra Göyçay Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin çıxardığı qanunsuz qərardan sonra 2 körpəsi ilə evsiz qalıb.
 
Allahverdiyeva iddia edir ki, hakimləri ələ almaqçün keçmiş qaynı – "Azərbaycan Dəmir Yolları” QSC-də məsul şəxs olan Anar Allahverdiyev külli miqdarda pul xərcləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]