İdman / Maraqlı

Azərbaycan - Belarus oyunu 1 manata

10-03-2018, 00:08
Martın 23-də Bakıda keçiriləcək futbol üzrə Azərbaycan – Belarus beynəlxalq yoldaşlıq oyununun biletləri sabah satışa çıxarılacaq.
Xeberman.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, standart biletlərin qiyməti 1 – 4 manat, VİP yerlər üçün isə 15 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan – Belarus oyunu martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]