Əsas Səhifə / İdman

Azərbaycan - Almaniya matçının biletləri satışa çıxarılıb

1-02-2017, 19:05
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür.
Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Biletlərin qiyməti:
VIP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN
Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]