Ölkə / İdman

“Formula-1”-in biletləri "qara bazar"da...

25-06-2017, 16:55
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Sözügedən yarışın biletləri qeyri-qanuni olaraq satılır.

Sosial şəbəkələrdə və elan saytlarında biletlərin əlbəəl satılması ilə bağlı yüzlərlə elana rast gəlmək mümkündür. Maraqlıdır ki, biletlər öz qiymətinə yox, dəyər-dəyməzinə satılır.

Qeyd edək ki, satışa çıxarılan biletlərin qiyməti 50 manatdan 500 manata qədərdir.

Maraq üçün onu da qeyd edək ki, “Formula – 1” üzrə Azərbaycan Qran-prisinə Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov rəhbərlik edir. Görünür, Rəhimovun bu sahədə təcrübəsiz olması, belə xoşagəlməz mənzərənin yaranması ilə nəticələnib.

Yenicag.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]