Texnologiya

Azerbaycanda təlimçi və spikerlərin şəbəkəsi yaradıldı.

22-01-2016, 08:41
Xeberman.com saytının verdiy məlumata görə, Socitive.Net Spiker Agentliyi ölkədəki şirkətlərin, təşkilatların və eləcə də gənc nəslin düzgün inkişafı üçün, ruhlandıran və motivasiya yönümlü proqramlar hazırlayan və təşkil edən peşəkar bir nitq agentliyidir.

Sektorda iş adamlarına motivasiya tədbirləri, konfrans və konqres, təşkilatlar üçün fərdi inkişaf təlim və seminarları təşkil edir. SNET Avropanın öndə gələn spiker bürosu olan Celebrity Speakers Internationalın Azərbaycan nümayəndəliyini icra etməkdədir. Portfelində yer alan beynəlxalq ada sahib spikerlərin şirkət və təşkilatların tədbirlərində iştirakını təmin etməkdədir.

Dünya və Azərbaycan gündəmini yaxından izləyən Celebrity Speakers International Gerhard Schröder, Ricardo Semler, Martin Lindstrom, Cozef Stiglitz kimi məşhur spikerlərin qatıldığı konfranslar həyata keçirib.

SNET yerli və xarici əməkdaşları ilə birlikdə Azərbaycandan xaricə xaricdən Azərbaycana peşəkar spiker xidməti və yüksək səviyyədə tədbir təşkilatçılığı həyata keçirməyi planlaşdırır. Agentlik eyni zamanda, www.izgroup.az təlim və konsultasiya şirkəti ilə birlikdə şirkətlərin təməl və dəstək funksiyalarına istiqamətlənmiş fərdi və idarəetmədə inkişaf yönümlü xüsusi dizayn edilmiş təhsil də verməkdədir. 

SNET Siker Agentliyi 10 Sentyabr 2015-ci il tarixində təsis edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]