Maraqlı / Şou-biznes

Jurnalistləri təhqir edən Şəbnəm Tovuzlunun heç yerdə görmədiyiniz Həci həyat yoldaşı

6-02-2018, 17:55
Son vaxtlar adı mətbuatın gündəmindən düşməyən şou biznezin nümayəndələrindən bir olan Şəbnəm Tovuzlu haqqında ölkə mediasında yazılar dərc olunub. Xeber-xetti.com yazırdı ki, Şəbnəm Tovuzlunun sevgilisinin fotoları redaksiyamızın elektron ünvanına göndərilib. Məlumatda həmçinin qeyd olunub ki, Şəbnəm Tovuzlunun sevgilisi heçdə ailəsindən ayrılmayıb. Hal hazırda həmin şəxs öz ailəsinin yanındadır. Heç o əsl Həci də deyil, yəni Həcc ziyarətində olmayıb sadəcə olaraq kriminal aləmə yaxın olduğu üçün Həci ləqəbi ilə tanınır. Əsl adı isə Rafiq dir.

Daha sonra məlumatda qeyd edilir ki, Rafiq adlı şəxsin Memar Əcəmi metrosunun yaxınlığında bir neçə kişi geyimləri mağazası və Binə ticarət mərkəzində dükanları var. Lakin Şəbnəmlə münasibətdə olduğu gündən müfisləşmə həddinə çatıb. Məlumatda bildirilir ki, Rafiq evlidir, bir oğlu bir qızı var. Oglunun 27, qızının 25 yaşı var.

Həmin yazıdan sonra Şəbnəm Toxuzlu televiziya verilişlərinin birində jurnalistləri təhqir edib. Bununla kifayətlənməyən müğənni xanım qeyd olunan yazını saytlarda dərc edən jurnalistləri də 102 xidmətinə şikayət edib. Biz, Şəbnəm Tovuzlunun şəxsi həyatına qarışmaq niyyətindən uzağıq. Amma bu xanımın media nümayəndələrinə qarşı səsləndirdiyi ifadəni də unutmaq istəmirik. Əgər, Şəbnəm xanım haqqında məlumatlar yanlış dərc olunubsa, o zaman onun məhkəməyə müraciət etmək və ya qarşı tərəf kimi baş verənlərə münasibət bildirmək hüququ vardır. Lakin, şəxsi həyatını ictimailəşdirməyə can atanların, sonradan jurnalistləri bu mövzuda günahkar çıxarmaları və təhqir etmələri təəssüf doğurur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]