Ölkə

Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

18-07-2017, 09:14
Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?Hazırda Şabranda 21500 hektarlıq əraziyə malik olan meşədə yanğın başlayıb. Şabran rayon Dəvəçi ərazisi sayılan yolkənarı Meşə zolağı tamamilə məhv olub. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 5 saylı ərazi şöbəsi müdiri Rafiq Ədilov baş vermiş hadisənin səbəbkarı kimi göstərilməkdədir. Belə ki, ərazini başsız qoyan idarə rəhbəri yanğın zamanı "SOS" siqnalını verməkdə belə acizlik edib. Acizlik etməsinin səbəbi isə öz istirahətini pozmayaraq meşənin yanmasını vecə almayıb. Etibarlı mənbələrdən bildirilən məlumata görə, Rafiq Ədilov yanğın zamanı Quba ərazisində istirahət mərkəzlərindən birində kef məclisində olub. Bakunews.az-a məlumat verən sakinlərdən idarə rəhbərinin məhz yanğın tamamilə qızışandan sonra hadisə yerinə təşrif buyurduğunu heçnə olmamış kimi tamaşa etdiyi deyilir

Realliq.İnfo saytının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə yollanıblar, lakin yanğın hələ də söndürülməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının baş vermə səbəblərini hələ ki müəyyən etməyiblər.

Şabran rayon meşə təsərrüfatı və mühafizəsi idarəsindən verilən məlumata əsasən baş verən yanğın nəticəsində rayon təsərrüfatına ciddi şəkildə ziyan dəyib.

Daxil olan məlumatda bildirilir ki, hadisə məqsədli şəkildə baş verib. Şabran meşə təsərrüfatı idarəsinə yeni rəis təyin olunub. Yeni rəisin nəzarətsiz buraxdığı meşədə yanğının əsl səbəblərini araşdırırıq.

Mövzuya qayıdacağıq.

Hadisənin digər təfərrüatları haqqında isə məlumat məlum deyil.

Yazıda adı çəkilən şəxs və ya qurumun mövqeyini dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]